İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmaları fondundan toplanmış materiallar – diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir ki, təqdim olunur.
Azərbaycan dilinə tərcümə edilmiş sənədlərin orijinalları fars, ərəb və Osmanlı-türk dillərindədir.
Şah İsmayıl və ümumiyyətlə, Səfəvilər mövzusunda son dövrlərdə qələmə alınmış az sayda araşdırmalarda sözügedən sənədlərin bəzilərinə istinadlar olsa da, onların şərhləri ilə birgə tam mətnlərinin tərcüməsi ilk dəfədir ki, həyata keçirilir.
Ümumilikdə nəşrdə 53 tarixi-diplomatik sənəd toplanmışdır ki, onların da 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu məktublardır.
В продаже
Хочу купить
сейчас этого издания книги в продаже нет
попробуйте поискать другие издания этого произведения при помощи ссылок ниже
или оставьте объявление о покупке или продаже